DİN-dən saxta kredit elanları ilə bağlı XƏBƏRDARLIQ

Saxta kredit elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Sürətli və aşağı faizli kredit imkanı" kimi başlıqlı bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edin.

Belə saxta və imitasiyalı linklərə tıklamayın!

Şəxsi və kart məlumatlarınızı paylaşmayın!", - məlumatda bildirilib.

19.10.2023 14:17
470