DİN-dən Akif Qurbanovun atasının saxlanmasına REAKSİYA

Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub.

Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o, sərbəst buraxılıb.//Report

09.03.2024 16:55
2182