Avqustun 23-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Musavat.com-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
Elşad Hacıyev həmçinin qeyd edib ki, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
Etibar Seyidağa,
Musavat.com