DİN bank kartları ilə bağlı XƏBƏRDARLIQ etdi

Başqasına məxsus bank kartından pul çıxarıb “bilmədim” deyənlər bilməlidir: İtirilmiş, hardasa unudulan başqa şəxslərə məxsus bank kartlarından istifadə etməklə ödəniş və digər əməliyyatların aparılması qadağandır.

Musavat.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Başqasına məxsus kart hesabında olan vəsaitin hansısa formada sahibindən icazəsiz, gizli ələ keçirilməsi müvafiq məsuliyyət yaradır. Vətəndaşın tapdığı bank kartı ilə bağlı 102 Zəng Mərkəzinə, yaxud aidiyyəti üzrə məlumat verməsi onu məsuliyyətdən azad edir”, - E.Hacıyev əlavə edib.

25.10.2024 23:26
3452