DİN Azərbaycana qarşı TƏXRİBATIN qarşısını aldı

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.

Musavat.com xəbər verir ki, DİN "X” sosial şəbəkəsində İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı həqiqəti əks etdirməyən məlumata cavab verib.

Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.

“Yolun kənarında aşkarlanan bağlama yemək çatdırılması ilə məşğul olan şirkətlərdən birinə aid olub”, - DİN-dən bildirilib.

Musavat.com

10.11.2024 14:06
16243