Əməkdar artist Dilarə Əliyeva qardaşı, aktyor Vüsal Murtuzəliyevin səhhəti ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, aktrisa qardaşının hazırda yaxşı olduğunu bildirib:
“Vəziyyəti qənaətbəxşdir. Kompüter Tommoqrafiyasının cavabı göstərdi ki, yüksək təzyiqdən bir az qansızma olub. Dünən reanimasiyada idi, müdaxilə edildi. İndi xəstəliyin dinamikası izlənilir. Narahat olmayın, həkimlərimiz sağ olsun, nəzarətdədir”.
Könül
Musavat.com