"Münasibətlər o zaman yürümür ki, bir tərəf qarşı tərəfi dəyişdirmək istəyir".
BAKU.WS xəbər verir ki, bu sözləri "AStar" layihəsinə qonaq olan Əməkdar artist Dilarə Əliyeva deyib.
Mərhum həyat yoldaşı Oqtay Əliyevdən danışan aktrisa heç vaxt onu dəyişdirməyə çalışmadığını, olduğu kimi sevdiyini bildirib:
"Əslində lazım olan sənin ona münasibətinin dəyişməsidir. Oqtayın xarakterini bilirəm emosionaldır. Mən Oqtayı dəyişdirə bilmərəm ki, bu onun özəlliyidir, fərqliliyidir. Mən sadəcə bunu münasibətimi dəyişdim. O ən axırda deyilən sözü ən birinci deməyəndə rahat olmur".
Ətraflı videoda: