Dilarə Əliyeva bunu İLK dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub.

Aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:

"Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqlar gedir. Ad günümdə özüm-özümə həyəcan yaşadıram". 

Dilarə biletlərin baha olub-olmayacağı ilə bağlı suala belə reaksiya verib:

"Niyə ucuz olsun ki? Xahiş edirəm, imkanı çatanlar gəlsin". (Axşam.az)

14.04.2024 16:18
1193