Dilan və Engin Polatın ortaqlarının evindən 350 tapança gülləsi tapıldı

Dilan Polat və Engin Polata qarşı əməliyyatla bağlı yeni təfərrüatlar əldə edilib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda keçirilən əməliyyatda barəsində həbs qətimkan tədbiri seçilən 30 nəfərdən 17-si saxlanılıb.

Əməliyyat çərçivəsində aparılan axtarışlar zamanı şirkətin ortaqlarından birinin evində 350 tapança gülləsi, vəkilinin evində isə 36 hesab çıxarış və noutbuk götürülüb.

Belə ki, şirkət ortağı Zümrüt Yerebakanın evindən 10 min dollar, Zekai Təpənin evindən 1 hard disk və 350 silah gülləsi, Əhməd Günün evindən isə 36 hesab çıxarışı və 120 min lirə və 1 noutbuk ələ keçirilib.

Xatırladaq ki, türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı, iş adamı Engin Polat bugün səhər saatlarında saxlanılıb.

Onlarla birlikdə Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün və bəzi işçilər də tutulub.

İlkin məlumata əsasən, onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.

01.11.2023 20:05
856