Dilan Polat və əri Engin Polatın İstanbulun Çekmeköy ərazisində yaşadıqları dəbdəbəli villada park yeri səbəbilə qonşularına hücum etməsinin görüntüləri ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, bu barərədə iddialar “Kanal D”də yer alıb.
Məlumata görə, cütlük qonşularına maşın saxlamaq üstündə hücum edib və təpikləyib. Ardınca isə hadisə ilə əlaqədar əraziyə gələn polisi evlərinə buraxmayıblar.
İddialara görə, hadisə belə olub:
Engin Polatın doğum gününə gələn qonaqlardan birinin uşağı xəstələnib. Sıla Doğunun maşınının arxasında yan qonşularının maşını olub. Dilan Polatın onu təhqir etdiyi iddia edilib. Yanındakılar onu saxlamağa çalışsalar da, Dilan Polat yoldan keçən qonşusunu təpikləyib.
İddiaya görə, Engin Polat qonşusunu yumruqlayıb. Polat cütlüyü polisi içəri buraxmayıb, hətta ifadə verməyib. Polat cütlüyü əvvəlcə xaricə tətilə çıxıb və həftələr sonra ifadə vermək üçün geri qayıdıb. Dilan Polat qonşusunun özünə xəsarət yetirdiyini deyib. Hər iki tərəf bir-birindən şikayətçi olub.
Xatırladaq ki, noyabrın 1-də mərkəzi İstanbul olan 6 vilayətdə keçirilən əməliyyatda aralarında Dilan Polat və əri Engin Polatın da olduğu 17 şübhəli saxlanılıb. Onlar çirkli pulların yuyulması iddiası ilə mühakimə olunurlar.