“Çirkli pulların yuyulması” və “vergidən yayınma” ittihamları ilə həbs olunan türkiyəli məşhur sosial media fenomenləri Dilan və Engin Polatın rəhbərlik etdiyi gözəllik mərkəzləri şəbəkəsinin Azərbaycanda fəaliyyət göstərən filialı da bağlanıb.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Yayılan məlumatda Bakıda fəaliyyət göstərən “Dilan Polat estetik & güzellik” mərkəzinin satışa çıxarıldığı qeyd olunub.//Oxu.az