Digahda yaşayış evində yanğın olub

Abşeron rayonunun Digah qəsəbəsində ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, dəhlizinin və dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Musavat.com FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24.09.2022 22:48
576