Diana Barikyan: "Tutaq ki, Paşinyanı devirdiniz, bəs sonra nə olacaq?"

“Bizə yuxarıdan (göydən deyil, Kremldən) əmrlə yeni “xilaskar” enib. Hansısa Edqar Kazaryan “Müstəqillik Hərəkatı” adlı ilə yeni hərəkata başlamağı təklif edir. Hərəkatın yeganə məqsədi isə Nikolu devirməkdir”.

Bu sözləri erməni ictimai fəal Diana Barikyan özünün facebook statusunda yazıb.

O daha sonra bunları qeyd edib: “Məlum olur ki, o, Nikolu güclə devirməyə hazırlaşır. Hələ heç kim belə bir dəliliyə çatmayıb. Üstəlik, onun yazılarının altında yenə də çoxlu vətənpərvər şərhlər və bu “xilaskarı” dəstəkləməyə hazır olan bir sürü vətəndaş var.

Yaxşı bəs, erməni xalqı nə vaxt soruşmağa başlayacaq: Sonra nə olacaq? Proqramınız nədir? Nə qədər qaranlıq, qapalı olacaqsınız?”\\KONKRET.az

22.08.2022 17:00
1072