"Deyirdilər ki, Qədir Rüstəmovun ürəyi "kapron"dur" - Bacısı

Oğlu Mehdi Rüstəmov mərhum Xalq artisti Qədir Rüstəmovun reallaşmayan arzusundan danışıb.

Axşam.az xəbər verir ki, Mehdi "O üz" proqramında atasının onlara qoyduğu qadağadan söz açıb:

"Atam atalıq borcunu yerinə yetirib. Hər işdə yanımızda olurdu. Ona görə də ölümündən sonra onun yeri çox görünürdü. Üç uşağıq. Atamdan bizə səs keçib. Amma atam razı olmadı onun yolunu davam etdirək. Atam məcburi köçkün vaxtı çətin günlər yaşayıb. Ağdamdan heç nəsiz çıxıb, ümid edirdi ki, ora qayıdacaq. Son nəfəsinə qədər Ağdama qayıdacağını ümid edirdi. Onun reallaşmayan arzusu Ağdam oldu".

Mərhum müğənninin bacısı Sənubər Çərkəz "Qədirin paxıllığını çəkən çox olub. Bir Xalq artisti danışanda hamının adını çəkir, bircə Qədirin yox. Bu da paxıllıqdır. Çünki o səs heç kimdə yoxdur, ancaq Qədirdə var idi. Deyirdilər ki, Qədirin ürəyi "kapron"dur. Yalandır, sapsağlam idi. Bircə 7-ci sinifdə dalaşıb, onu arxadan vurublar, bıçaq böyrəyinə batıb. Bir böyrəyini çıxartmışdılar" sözlərini əlavə edib.  

05.02.2024 20:15
1303