Xalq artisti Brilliant Dadaşova "Söz-baz" verilişində açıqlaması ilə diqqət çəkib.
Şəxsi həyatından danışan Brilliant Dadaşova deyib: "Hər zaman qadın üçün ailəni və işi birgə aparmaq çətindir. Qadının üzərinə çox yük düşür. Deyirlər ki, yuvanı dişi quş qurar. Mən və həyat yoldaşım Ədalət bəy işimizi sevən insanlarıq. Ədalət bəy iqtisadçıdır. O, əvvəl Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktor müavini, sonra isə direktoru oldu.
Bəzən ona kaprizlərimi göstərəndə deyir ki, teatrda əlimin altında bilirsən nə qədər xalq artistləri var? Düşünmək olmaz ki, ailə ayrı, sənət ayrı...
Mən və həyat yoldaşım Ədalət bir-birimizi sevmişik. Bir-birimizdən küsəndə isə birinci mən qaçıb barışmışam. Heç zaman gözləməmişəm ki, həyat yoldaşım gəlib mənimlə barışsın. Bir də görürsən ki, ər-arvad həftələrlə bir-birini danışdırmır. Bizdə belə şeylər heç zaman olmayıb. Biz iki-üç saat küsülü qalmışıq. Sonra mən danışmağa başlamışam. O da elə edib ki, guya heç bir şey olmayıb. Həyat yoldaşımı özümdən aşağı görməməlisən. Həyat yoldaşımı özümdən artıq hesab etmişəm".
Oğlunun ailə qurmasından söz açan xalq artisti onun fikrini tez-tez dəyişdiyini bildirib: "Cahad hərdən deyir ki, evlənirəm. Bir az vaxt ötür, istəyindən vaz keçir. Oğlandı da... Qız olanda məcbur edib, ərə vermək olur. Yəni, qızı ailə qurmaq məsələsində dilə tutmaq olur.
Biz istəyirik ki, Cahad özü sevsin. Acığım gəlir, ailə gedir özü qız tapır, öz aralarında evlilik məsələlərini həll edirlər. Mən belə toylarda çox olmuşam. Görünür ki, nə oğlanın, nə də qızın bir-birinə adiyyəti var. O ailənin ömrü çox olmur".
Qeyd edək ki, Brilliant Dadaşova Ədalət Hacıyevlə evlidir. Cütlüyün bir oğlu var. (Teleqraf.com)