Devid Bekhem "Spice Girls"un yenidən birləşməsi ilə bağlı xəbərlərə münasibət bildirdi

İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Devid Bekhem həyat yoldaşı Viktoriyanın "Spice Girls" qrupunun keçmiş üzvləri ilə yenidən birləşməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

O, qadın qrupunun tura çıxmaq planları barədə məlumatları təkzib edib.

"Təəssüf ki, bu baş vermir", - deyə Bekhem bildirib.

O, kollektivin bütün keçmiş üzvlərinin hazırda bununla məşğul olmaq üçün çox məşğul olduqlarını vurğulayıb.

Qeyd edək ki, apreldə Viktoriya Bekhem 50 yaşını qeyd edib. "Spice Girls"un üzvləri bu münasibətlə bir araya gəliblər. Qrup 1997-ci ildə məşhurlaşan "Stop" hitini nostaljik şəkildə tam heyətlə ifa edib.//Oxu.az

15.06.2024 04:19
717