Dərs saatına görə rüşvət alan direktora hökm oxundu

Ağdam Musiqi Kollecinin rüşvətdə təqsirləndirilən direktoru Rafail Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində R.Musayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, R.Musayev 15 müəllimdən dərs saatlarını artırmaq üçün rüşvət götürüb. O, həmçinin kursdan kursa keçmək üçün bəzi tələbələrin yaxınlarından da pul tələb edərək alıb.

Məhkəmə 69 yaşlı R.Musayevi qeyd edilən maddələr üzrə təqsirli bilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. Həmçinin R.Musayev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib.

12.02.2024 17:21
951