Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları ilə bağlı cinayət işi açılıb.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Komitə bildirib ki, terror aktlarında iştirak edən şəxslərin müəyyən edilməsi üçün hadisə yerində müstəntiqlər və kriminoloqlar işləyir.
Bundan başqa Dağıstanın Dərbənd şəhərində bütün kütləvi tədbirlər ləğv edilib.
Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb ki, atəş açan iki silahlı məhv edilib.
Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Terror aktları nəticəsində, ilkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi, mühafizəçi və polis əməkdaşları həlak olub.//Report
***
20:15
Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub.
Musavat.com bildirir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisənin yerli vaxtla təxminən 18:00 radələrində baş verdiyi qeyd edilir. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobilin “ağ rəngli, 921 seriyalı Volkswagen Polo" olduğu bildirilir. Vəziyyətlərə aydınlıq gətirilir. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumat dəqiqləşdirilir. İtkilərin daha çox olduğu bildirilir.
Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsinə, sinaqoqa və DPS postuna silahlı hücumlarla bağlı Rusiyanln Milli Antiterror Komitəsi məlumat yayıb. İlkin məlumata görə, Mahaçqalada iki silahlı məhv edilib.
Musavat.com
@@TVmusavat/89065@@