Neftçalada namizəd Vəfa Nağı və digər namizəd Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov arasında gərginlik yaşanıb.
Musavat.com-a verilən məlumata görə, namizəd Vəfa Nağı səsvermə məntəqəsinə gələrək orada Tənzilə Rüstəmxanlının vəkili ilə mübahisə edib. Daha sonra mübahisə böyüyərək, əlbəyaxa davaya çevirilib.
Baş verən hadisə ilə bağlı Tənzilə Rüstəmxanlının nümayəndələri tərəfindən akt tərtib edilib, MSK-ya rəsmi müraciət ünvanlanıb.
Həmin görüntüləri təqdim edirik.
@@TVmusavat/94488@@
Musavat.com