Rusiya Federasiyasının Dövlət Duması noyabr ayından gec olmayaraq miqrantların öz ailələrini Rusiyaya gətirmələrinin dayandırılması haqqında qanun layihəsinə baxacaq.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, payızda yeni vətəndaşlarla bağlı olanlar da daxil olmaqla altı anti-miqrant səciyyəli qanunvericilik təşəbbüsü təxirə salınıb. Dumanın bütün fraksiyalarının adından elə bir qanun layihəsi mətninin hazırlanması nəzərdə tutulur ki, Ermənistan, Qazaxıstan və Qırğızıstanın da daxil olduğu Avrasiya İqtisadi İttifaqının (EAES) yaradılması haqqında müqavilə ilə ziddiyyət təkil etməsin.
Qanun layihəsinin mətninə qeydlər oktyabrın ortalarına qədər göndərilə bilər.
Dövlət Dumasının portfelində deputatların fikrincə, əcnəbilərin Rusiya Federasiyasına daxil olmasını, onların ölkədə qalmalarını, bu və ya digər statusda leqallaşdırılmasını qaydaya salmaq məqsədi daşıyan üç layihə var.. Yaxın həftələrdə onların sayı yəqin ki, yalnız artacaq. Ancaq yenə də, çox güman ki, onlardan yalnız biri qəbul ediləcək.
Xatırladaq ki, avqustun sonunda adında “liberal-demokrat” ifadələri olan, əslində isə hələ qurucu lideri Vladimir Jirinovskinin vaxtından şovinist xətt yeridən RLDP-nin rəhbəri Leonid Slutskinin başçılıq etdiyi fraksiya əmək miqrantlarının ailələri ilə birlikdə Rusiyaya gəlməsini qadağan edən düzəlişləri Dövlət Dumasına təqdim edib. Sonra bu ideyanı digər fraksiyalar, həmçinin Dövlət Dumasının rəhbərliyi və “Vahid Rusiya”, o cümlədən partiyanın lideri Dmitri Medvedyev də dəstəkləyib.
Musavat.com