Deputatın köməkçisini güllələyən şəxs tutulub

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Vladimir Şamanovun köməkçisi Şerip Əlihacıyevin həyatına sui-qəsdin mümkün sifarişçisi ilə bağlı təfərrüatlar məlum olub.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Əlihacıyevə atəş açan şəxsin 50 yaşlı Vasili K. Olduğu bildirilir. .

Məlumata görə, həmin şəxs əvvəllər məhkum olunub. Onunla bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.

Daha əvvəl sui-qəsdin mümkün təşkilatçısının və sifarişçisinin saxlanıldığı, onların dindirilmək üçün istintaq orqanlarına aparıldığı barədə məlumat verilib.

Xatırladaq ki, oktyabrın 10-da naməlum şəxs Əlihacıyevin Lapino kəndindəki evinin ərazisinə girərək onu pəncərədən güllələyib. Güllələrdən biri deputatın çənəsinə, digəri kürəyinə dəyib, lakin o, sağ qalıb. Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, sui-qəsd əvvəlcədən planlaşdırılıb və hazırlanıb.

Bu, Əlihacıyevin həyatına ilk sui-qəsd cəhdi deyil. 2002-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları onun Çeçenistandakı ofisində partlayıcı qurğu aşkar ediblər.

Çeçenistanın rəhbəri Ramzan Kadırovun bir zamanlar atasının silahdaşı olan Ş.Əlihacıyevi cinayətkar və xain adlandırdığı məlumdur.

Musavat.com

22.10.2024 11:57
594