Deputat şəhidimizin həyat yoldaşı ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva I Qarabağ müharibəsinin şəhidi İsə Musayevin həyat yoldaşı Gülsüm İbrahimova ilə görüşüb.

Musavat.com-un xəbərinə görə, görüş Tovuz rayonunda baş tutub.

Q.Paşayeva şəhidin adının Tovuzda əbədiləşdirilməsini və İsə Musayev küçəsinin divarına 300-dən çox şəhidin fotosunun vurulmasını qürurla vurğulayıb:

"Şəhidimizin adını daşıyan küçə rayonumuzun ən diqqətçəkən küçələrindən biridir. Mülki və hərbçi şəhidlərimizin, o cümlədən 44 günlük müharibədə şəhid olmuş rayon sakinlərinin şəklinin şəhid adı daşıyan küçədə vurulması ideyasının təşəbbüskarı yerli sakinlərimizdir. Şəhidlərimizi gənc nəslə tanıtmaq çox nəcib məqsəddir. I Qarabağ müharibəsinin iştirakçısı, küçəyə adı verilmiş İsə Musayevin, bütün şəhidlərimizin ruhu bu gün şaddır. Tarixi Zəfərimiz hamımızın ən böyük təsəllimiz, qürur qaynağımızdır".

10.07.2022 21:02
434