Məhkəmə arvadının 14 yaşlı qardaşı qızına təcavüz etdiyi üçün Altay Respublikasının Dövlət Məclisinin - El Kurultayının 48 yaşlı deputatını 8,5 il müddətinə azadlıqdan məhrum edib.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (“Yetkinlik yaşına çatmayanı zorlama”) və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 135-ci (“On altı yaşına çatmamış şəxsə qarşı nalayiq hərəkətlər”) ilə təqsirli bilinib.
İstintaq zamanı deputat ifadə verməkdən imtina edib.