“Ermənistan” fraksiyasının deputatı Zelenskinin mümkün səfərini şərh edib.
"Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistana mümkün səfəri İrəvanla Moskva arasında münasibətlərdə dönüş nöqtəsinə çevriləcək".
Musavat.com xəbər verir ki, bunu parlamentdə müxalifətdən olan Ermənistan fraksiyasının deputatı Areqnaz Manukyan deyib.
"Xarici qüvvələr Rusiya Federasiyasına qarşı ikinci cəbhə açmaq üçün Zelenskinin Ermənistana səfərini təşkil etmək niyyətindədir. Bu səfər baş tutsa, Ermənistanla Rusiya arasında münasibətlərdə dönüş nöqtəsinə çevriləcək. Azərbaycan bundan mütləq istifadə edəcək”, - o qeyd edib.
Areqnaz Manukyan əlavə edib ki, baş nazir Nikol Paşinyan “erməni Zelenski və ya Saakaşvili” olmaq niyyətindədir.
Musavat.com