Musavat.com xəbər verir ki, millət vəkili Fazil Mustafanın Azərbaycan parlamentindəki son çıxışı Ermənistanda hadisəyə çevrilib.
İndi sizə təqdim etdiyimiz bu çıxışı Ermənistanın demək olar ki, bütün KİV -ləri tərcümə və şərhlərlə yayıblar. Ermənistanın informasiya məkanında geniş rezonans yaradan bu materialı Musavat.com oxucularına da ayrıca təqdim edirik.
Öncə çıxışdan 3 sitatı oxuyaraq, videonun baxışına keçə bilərsiz.
- Deputat Fazil Mustafa: "Bu gün Azərbaycanda ən riskli iş təşəbbüslə çıxış etməkdir. Yuxarıda hakimiyyətdən, aşağıda qaragüruhdan çəkinmə nəticəsində, heç kim təşəbbüs irəli sürmür".
- "200 ildə ilk dəfə bir Ermənistan rəhbəri tapılıb ki, rəsmi şəkildə etiraf edir: "Qarabağ Azərbaycanın torpağıdır, biz Türkiyə və Azərbaycanla münasibət qurmasaq, Ermənistanın gələcəyi yoxdur".
-"Ermənistan cəmiyyəti ilə birə- bir münasibətlər qurmalı, biz qalib tərəf olaraq, təşəbbüslərlə çıxış etməliyik, bərabər forumlar keçirtməliyik..."
Musavat.com