Deputat ATƏT PA toplantısına qatılacaq

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev iyunun 4-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcək.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

7 iyunadək davam edəcək səfər çərçivəsində millət vəkili ATƏT regionunda mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş konfransda iştirak edəcək, ATƏT məkanında korrupsiya ilə mübarizə adlı sessiyada çıxış edəcək.

Musavat.com

03.06.2025 20:15
444