Dənizə girərkən linzasını çıxarmayan qız kor oldu

ABŞ-nin Texas ştatında 23 yaşlı Bruklin Makkasland çimərkən kontakt linzalarını çıxarmağı unudub. Bu səhv onun bir gözünün kor olması ilə nəticələnib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki,

gənc qız gözünün toxumasını məhv edən su parazitləri nəticəsində sağ gözündə görmə qabiliyyətini itirib.

İndi o, 5000 dollar dəyərində buynuz qişa transplantasiyasını gözləyir. Artıq müalicə xərcləri 62 min dollara çatıb.

Məlumata görə, ABŞ-də hər il təxminən 1500 insan bu parazitar infeksiyaya yoluxur. Halların 90 faizi kontakt linzalardan istifadə edənlərdə olur. Bu səbəbdən oftalmoloqlar linza taxanlara xəbərdarlıq edir ki, linza taxılıykən dənizdə çimməkdən və duş qəbul etməkdən çəkinsinlər.

 

26.10.2024 18:55
579