Dənizə düşən Su-25 hücum təyyarəsinin pilotu öldü

Azov dənizində sahil yaxınlığında qəzaya uğrayan Rusiya hərbi hava qüvvələrinə məxsus Su-25 təyyarəsinin pilotu ölüb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Yeysk rayonunun rəhbəri Roman Bublik öz Teleqram kanalında məlumat verib.

“Yeysk vilayətinin sakinləri adından təlim uçuşu zamanı qəzaya uğrayan Su-25 hücum təyyarəsinin yaxınlarına başsağlığı verirəm”, - deyə o yazıb.

Qeyd edək ki, Rusiya qırıcısı bu gün qəzaya uğrayıb.

17.07.2023 21:53
1373