Pirşağıda dənizdə batan şəxslə bağlı bəzi detallar məlum olub.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanov avqustun 19-u ailəsi ilə istirahət məqsədilə Pirşağı çimərliyinə gedib. Ailəsi onun itkin düşdüyünü axşamüstü öyrənib və dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məlumat veriblər.
Qeyd edək ki, Kənan Qurbanov subay olub və skripka ifaçısı idi.//Oxu.az
***
21.08.2024 - 13:19
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.