Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb.
Musavat.com Publika.az-a istinadən xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib.
Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın “Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi. Allaha şükürlər olsun ki, sağ-salamat oradan uzaqlaşa biliblər. Röyaya çox keçmiş olsun. Onu çox sevirəm, çox mədəni, sayğılı bir insandır”, deyə bildirib.