Demet Akalın 4 evini 1 il müddətinə zəlzələdən zərərçəkənlərə verdi

Müğənni Demet Akalın sosial media hesabında İstanbul Pendikdəki 4 mənzilini təbii fəlakət qurbanlarının istifadəsinə verəcəyini açıqlayıb.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məsuliyyəti üzərinə götürərək fədakarlıq edən məşhur müğənni mənzilləri bir il müddətinə zəlzələdən zərərçəkənlərə verəcək. Akalın məsələ ilə bağlı açıqlamasında bunları deyib:

"Pendikdə 4 yeni evi 1 il pulsuz qalamaları üçün zərərçəkənlərə verəcəm. Ancaq evdə heç bir əşya yoxdur. Yeni əşyalar göndərmək istəyənlər mənimlə əlaqə saxlasınlar".

Musavat.com

13.02.2023 16:44
830