Dəm qazından ölən Gülnar bu rayonda müəllim işləyirmiş

Ötən gün Mingəçevirdə dəm qazından zəhərlənərək vəfat edən Gülnar Əlizadə müəllim imiş.

Musavat.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı onun çalışdığı Yevlax rayonunun Xaldan qəsəbəsinin tam orta məktəbinin feysbuk səhifəsində paylaşım edilib.

38 yaşlı Gülnar Əlizadə sözügedən məktəbdə tarix müəllimi işləyib.

04.03.2025 11:31
605