Dəm qazından daha iki nəfər zəhərləndi

Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb.

1970-ci il təvəllüdlü Mayıl Abdulayev və 1975-ci il təvəllüdlü Ruhiyyə Bağırova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşdıqları evdə dəm qazından zəhərləniblər.

05.01.2023 01:17
373