Külli miqdarda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib.
Musavat.com "Report"a istinadən xəbər verir ki, "Viktoriya-313" tikinti şirkətinin rəhbəri Arzuman İsa oğlu Əliyev barəsində dələduzluq maddəsi ilə qiyabi həbs qətimkan tədbiri seçilib və tutularaq saxlanılması ilə bağlı axtarış elan edilib.
Bir müddət sonra A.Əliyev Azərbaycanı tərk edib. Onun barəsində yeni hallarla bağlı cinayət işi başlanılıb.