Dələduzluq edən falçılar tutuldu

Tacikistanın hüquq-mühafizə orqanlarının son reydində cadugərlik və falçılıqla məşğul olan 1500 nəfərin saxlanılıb.

Musavat.com xəbər verir ki, bu addım, Prezident Emoməli Rəhmonun şəxsi tapşırığı əsasında həyata keçirilib və cəmiyyətin rifahını qorumaq üçün bu növ fəaliyyətlərin nəzarət altına alınmasının vacibliyinə vurğu edilib.

Saxlanılan şəxslərin Tacikistan vətəndaşlarına falçılıq və cadugərlik xidmətləri göstərdiyi bildirilib.

Bundan əlavə, rəsmi dini təhsili olmayan 5 minə yaxın molla da nəzarətə alınıb və daxili işlər orqanlarında qeydiyyata salınıb. Bu cür tədbirlər, dini fəaliyyətlərin dövlət tərəfindən tənzimlənməsinə və qeyri-leqal ezoterik təcrübələrin qarşısının alınmasına yönəlib. 

 

Musavat.com

02.11.2024 03:19
579