Tayvanda baş verən zəlzələ zamanı nəhəng daş yoldan keçən avtomobili əzib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə digər avtomobilin kamerası tərəfindən qeydə alınıb.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Xatırladaq ki, aprelin 3-nə keçən gecə Tayvanda 7,2 bal gücündə zəlzələ baş verib. Adada maqnitudası 3,4-6,5 arasında olan 40-dan çox afterşok qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanların sayı mini keçib.
Musavat.com