Dəhşətli qəzanın görüntüləri - Avtomobilləri körpüdən belə aşırdı (ANBAAN VİDEO)

Misirin Giza şəhərində yüksək sürətlə hərəkət edən yük maşını yol kəsişməsində dəhşətli qəza törədib.

Musavat.com xəbər verir ki, qəza anı saniyə saniyə təhlükəsizlik kameralarına düşüb.

Yük maşınının sürücüsü sükanın idarəetməsini itirərək qarşıdakı maşınlara çırpılıb. Yüksək sürət səbəbindən idarəetməni itirən yük maşını qarşısındakı nəqliyyat vasitələrini də körpüdən aşırıb.

Musavat.com

24.01.2024 15:51
1724