DƏHŞƏTLİ QƏZA: TIR yoldan çıxaraq avtomobilləri "biçdi" - VİDEO

Türkiyədə dəhşətli qəza baş verib.

Musavat.com xəbər verir ki, sözügedən qəza Türkiyənin Amasya şəhərində olub.

Belə ki, idarəetmədən çıxan TIR yol kənarında dayanmış avtomobillərə çırpılıb. Baş verən dəhşətli qəza ərazidəki müşahidə kameraları tərəfindən lentə alınıb. Hadisə nəticəsində TIR-ın sürücüsü və onun yanında əyləşən şəxs xəsarət alıb.

Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. 

Musavat.com

09.04.2023 18:28
1072