DƏHŞƏTLİ QƏZA: 6 nəfər hadisə yerində öldü - VİDEO

Türkiyənin Şanlıurfa vilayətində dəhşətli yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, yük maşını ilə avtomobillərlə dolu TIR-ın toqquşması nəticəsində 6 nəfər hadisə yerində ölüb.

Hadisə yerinə çoxlu sayda polis, səhiyyə və yanğınsöndürmə briqadası göndərilib. Qruplar 6 nəfərin hadisə yerində öldüyünü müəyyən edib.

Musavat.com

08.05.2023 21:00
2135