Dəhşətli qətldən sonra Əhmədovlar ailəsinin mirası kimə qalacaq? - Vəkildən AÇIQLAMA

İlk yayımlanma saatı: 05.02.2024 (22:17)

Bütün ailə üzvlərini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədov barəsində ilkin olaraq dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun günahı sübuta yetiriləcəyi təqdirdə gənc adam ömürlük azadlıqdan məhrum edilə bilər.

Belə olan halda ailənin mirasına kim sahib çıxacaq?

Vəkil Hikmət Əliyev bildirib ki, Əhməd Əhmədova ittiham olunduğu maddələrin sanksiyası əsasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmək cəzası nəzərdə tutulub:

“Mülki Məcəlləyə əsasən, ləyaqətsiz vərəsə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz. Onun barəsində hökm çıxdıqdan sonra qohumlarının iddiası əsasında Ə.Əhmədov ləyaqətsiz vərəsə hesab olunacaq”.

Vəkil onu da bildirib ki, vərəsə olmadığı halda cinayət törədən şəxsin ləyaqətsiz vərəsə olması ilə bağlı dövlət çıxış edir. Bu zaman miras dövlətin hesabına keçir.

Ətraflı Baku TV-nin süjetində:

16.02.2024 09:11
2580