Türkiyənin Mersin şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, ata qonaq getdikləri evde 7 yaşlı oğlunun boğazını kəsərək öldürüb.
Məlumata görə, ata dəhşətli qətli törətdikdən sonra özünü də bıçaqlayıb.
Mustafa adlı şəxsin oğlunu qardaşının evində bıçaqlayaraq öldürdüyü bildirilir. Hadisədən sonra özünü bıçaqlayan ata xəstəxanada müalicə olunduqdan sonra həbs edilib. Qətlin hansı səbəbdən törədildiyi hələlik açıqlanmayıb. Polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir.
Musavat.com