İstanbulda baş verən dəhşətli hadisədə İslam Keleş adlı şəxs arvadının münasibətdə olduğu iddia edilən ögey əmisini küçənin ortasında güllələyib.
Musavat.com xəbər verir ki, həmin şəxs daha sonra 15 illik həyat yoldaşını da öldürüb.
Qətlin şahidi olan uşaqlardan biri bildirib ki, atası anası ilə mübahisə etdikdən sonra silah səsləri eşidib və atası bir-birinin ardınca atəş açıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və təcili yardım qrupları göndərilib. Hadisə yerinə gələn polislər ərazidə təhlükəsizlik tədbirləri görərək işə başlayıb. Hadisə yerində ilkin tibbi yardım alan İsa Ergünün başına və sinəsinə dəyən güllələrdən öldüyü müəyyən edilib. 32 yaşlı Yeliz Keleşin də bədəninin müxtəlif nahiyələrinə dəyən güllələr nəticəsində həyatını itirdiyi öyrənilib. Müayinədən sonra cəsədlər Yenibosna Bahçelievler Ədli Tibb Qurumuna aparılıb.
Hadisəni törədən İslam Keleş polis qruplarının keçirdiyi əməliyyatda yaxalanıb. İslam Keleş polis idarəsindəki ifadəsində hadisəni həyat yoldaşı ilə ögey əmisinin münasibəti olduğunu öyrəndikdən sonra törətdiyini etiraf edib. Polis bölməsində əməliyyatları tamamlanan İslam Keleş sövq edildiyi məhkəmə orqanları tərəfindən həbs edilib.
Musavat.com