Türkiyənin Bursa şəhərində həyat yoldaşından ayrıldıqdan sonra depressiyaya düşən şəxs evə qayıtdıqdan sonra ailəsi ilə mübahisə edib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, o, ana və atasını 7 yaşlı oğlunun gözləri qarşısında tüfənglə qətlə yetirib.
Daha sonra isə yaralanaraq qaçmağa çalışan qardaşının boğazını bıçaqla kəsərək öldürüb.
Hadisə Osmanqazi rayonu Hamitlər məhəlləsində baş verib.
Cinayətkar polis tərəfindən saxlanılıb.
Musavat.com