Dəhşətli ölüm: 21 yaşlı gənci 70 manata görə öldürüb asıblar?

İmişlidə 21 yaşlı gəncin ağacdan asılmış meyiti tapılıb.

Hadisə İmişli rayonunun Sarxanlı kəndində qeydə alınıb.

Belə ki, avqustun 3-dən etibarən itkin düşmüş Sarxanlı kənd sakini 2003-cü il təvəllüdlü Elməddin Heybət oğlu Quluzadənin cəsədi iki gün sonra kəndin bir hissəsindəki əncir ağacında qonşu tərəfindən aşkar edilib.

Elməddinin yaxınları onun borc məsələləri (70 manat) və şəxsi ədavət səbəbindən qətlə yetirildiyini iddia edirlər. Onlar, xüsusilə, bir həkimlə Elməddin arasında yaranmış gərginliyi qeyd edirlər. Elməddin onun ailəsinə göndərilən təhdidlərdən sonra həyatını itirib. Ailə üzvləri meyitin vəziyyətinin də qətl ehtimalını gücləndirdiyini vurğulayır, xüsusilə, ayaqlarının vəziyyəti və bədənindəki zədələri əsas gətirirlər.

Şübhələnilən şəxslərlə ailə arasında əvvəllər də bir neçə dəfə münaqişələr yaşandığı bildirilir. Lakin şübhəlilərlə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb. Elməddinin ailəsi onun ölümünün intihar yox, qətl olduğuna inanır və hadisənin ədalətli araşdırılmasını tələb edirlər.

Ətraflı APA TV-nin süjetində:

23.08.2024 00:21
1385