Türkiyənin İzmir şəhərində 38 təhsil işçisi Yusif Yılmaz ailəsini güllələyib.
Musavat.com xəbər verir ki, Yusif Yılmaz 4 yaşlı qızı Linda Yılmazı qaynanası Dilek Uzellini və müəllim işləyən həyat yoldaşı Derya Uzelli ağır yaralayıb.
Yusif Yılmaz ailəsini güllələdikdən sonra intihar edib. Xəstəxanaya yerləşdirlən Linda Yılmaz və Dilek Uzellinin həyatını xilas etmək olmayıb. Ağır yaralı olan Derya Uzellinin müalicəsi isə davam edir.
Cütlüyün boşanma prosesində olduğu və xərçəng xəstəsi Yusif Yılmazın müalicə üçün xaricə gedib-gəldiyi məlum olub. Polislərin hadisə yerində araşdırmaları davam edir.
Musavat.com