Türkiyənin Bursansa şəhərində cip qəfildən yola çıxan uşağın üstündən keçib.
Musavat.com xəbər verir ki, uşağın yaralandığı qəza anı təhlükəsizlik kamerasına əks olunub.
Münür A. adlı şəxsin idarə etdiyi cip qəfildən yola çıxan 8 yaşlı Murat K.-ni vuraraq onun üstündən keçib. Qəzada yaralanan uşağa ilk yardımı hadisə yerinə gələn təcili yardım edib.
Təcili tibbi yardım maşını ilə İnegöl Dövlət Xəstəxanasına çatdırılan yaralı uşağa yardım göstərilib. Hazırda uşağın səhhətinin yaxşı olduğu öyrənilib.
Dəhşətli qəza anı bir iş yerinin təhlükəsizlik kamerasına saniyə saniyə əks olunub.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Musavat.com