ABŞ-da 6 yaşlı uşaq müəllimini tapança ilə güllələyib.
Musavat.com xəbər verir ki, 30 yaşlarında olan müəllimin həyati təhlükəsinin olduğu açıqlanıb.
Hadisə ABŞ-ın Virciniya ştatında orta məktəbdə baş verib. 6 yaşlı 1-ci sinif şagirdi sinifdə müəlliminə atəş açıb. Ağır yaralanan qadın xəstəxanaya aparılarkən, uşaq nəzarətə götürülüb.
Səlahiyyətlilər 6 yaşlı uşağın silahı necə əldə etdiyini araşdırır.
Toğrul İSMAYIL,
Musavat.com