DƏHŞƏTLİ GÖRÜNTÜLƏR yayıldı - İsrail əsgərləri fələstinli məhbusu ZORLADI

İsrail əsgərlərindən fələstinli məhbusa qarşı cinsi zorakılığını əks etdirən görüntülər paylaşılıb.

Musavat.com "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, İsrail əsgərlərinin Negev səhrasındakı Sde Teiman həbsxanasında saxlanılan fələstinli məhbusa qarşı cinsi zorakılıq etməsi müşahidə kameralarına düşüb.

İsrailin “Kanal 12” televiziyası cinsi zorakılıq görüntülərini ifşa edərək bildirib: “Əsgərlər, çox güman ki, müşahidə kameralarından xəbərdarırlar və öz hərəkətlərini qalxanlarla gizlətməyə çalışırlar”.

Həmin dəhşətli anların görüntülərini təqdim edirik. 

Musavat.com

 

07.08.2024 16:39
3616