DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Telefon oğurlayan şəxsi soyundurub işgəncə verdilər - VİDEO

Türkiyədə əcnəbi vətəndaşın telefon oğurladığı iddiası ilə zirzəmidə 10 nəfər tərəfindən işgəncəyə məruz qaldığı anların görüntüləri ortaya çıxıb.

Musavat.com xəbər verir ki, paltarı əynindən çıxarılan şəxsin boynuna kəndir taxıldığı da görülüb.

İşgəncəyə məruz qalan şəxs ifadəsində "Əllərindəki çubuqlarla məni yumruqladılar, təpiklədilər, vurdular. Yanan siqareti 3 dəfə sinəmdə, qollarım və ayaqlarımda söndürdülər",-deyə qeyd edib.

Hadisədə iştirak edən 10 şübhəli saxlanılıb. Ədliyyəyə sövq edilən şübhəlilər həbs olunaraq həbsxanaya göndərilib.

Musavat.com

22.03.2023 15:13
1618