Türkiyənin Kayseri şəhərində iki biznesmen arasında çıxan mübahisədə bir nəfər həyatını itirib.
Musavat.com xəbər verir ki, dəhşətli qətlin görüntüləri üzə çıxıb.
Yayılan görüntüdə iki mağaza sahibinin dükanın ortasında bir-birini güllələdiyi görünür.
Ayaqlarından xəsarət alan L.T. hadisədən sonra tək başına xəstəxanaya gedib. Xəbərdarlıqdan sonra hadisə yerinə təcili yardım və polis sövq edilib. İlk müdaxilə zamanı Osman T.-nin həyatını itirdiyi müəyyən edilib. Polislər hadisə yerində geniş təhlükəsizlik tədbirləri alaraq araşdırma aparıb.
Sözügedən dəhşətli hadisənin görüntülərini təqdim edirik:
Musavat.com